Qəbələ
QəbələŞəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir. Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Təsadüfi deyildir ki, respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir.
Ekskursiyaya bir neçə istiqamət üzrə istirahət daxil olacaqdır.
Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ öz füsunkar təbiəti ilə qonaqlarını valeh edir.
Şərh yoxdu
Write a Review about QəbələOur Recommendations
Lənkəran-Lerik
Azərbaycan-Lənkəran-Lerik
Quba
Quba
İçərişəhər üzrə ekskursiya (Köhnə şəhər)
İçərişəhər üzrə ekskursiya (Köhnə şəhər)
rəy yazın