Lənkəran-Lerik
Azərbaycan-Lənkəran-LerikSon illərdə Lənkəran–Lerik yolu boyunca, əsrarəngiz meşə zolağında turizm-istirahət mərkəzləri tikilməsi ilə turizm obyektlərinin sayı 2 dəfə artıb. Lerikin qədim tarixi abidələri, can dərmanı sayılan “Zərinqala”, “Xansu”, “Zuvand”, “Monidiqo”, “Bülüdül” və digər adda mineral süfrə suları, zəngin bitki örtüyü, nadir ağacları, ziyarətgahları bölgənin turizm potensialını artırır. Lənkəran isə dağ və dənizlə əhatə olunduğu üçün burada turizmin bir sıra növlərindən istifadə etmək mümkündür. Burada turizmlə bağlı kompleks işlər görülür. Son illərdə də turizmə xüsusi diqqət göstərilir, şəhərdə bir sıra bağlar və parklar salınır, yeni istirahət mərkəzləri açılır. Şəhərdə yerləşən müalicəvi sulara da diqqət böyükdür. Lənkəranın bir digər turizm imkanlarından biri də ovçuluq turizmi üçün burada uyğun şəraitin olmasıdır.
Ekskursiyaya bir neçə istiqamət üzrə istirahət daxil olacaqdır.
Gözəl və füsunkar təbiəti ilə seçilən Lənkəran və Lerik bölgəsi hər il respublikamızın müxtəlif şəhər və rayonlarından, həmçinin xarici ölkələrdən 40 mindən çox turist qəbul edir.
Şərh yoxdu
Write a Review about Lənkəran-LerikOur Recommendations
İçərişəhər üzrə ekskursiya (Köhnə şəhər)
İçərişəhər üzrə ekskursiya (Köhnə şəhər)
Quba
Quba
Qəbələ
Qəbələ
rəy yazın