İçərişəhər üzrə ekskursiya (Köhnə şəhər)
İçərişəhər üzrə ekskursiya (Köhnə şəhər)İçərişəhər (şəhər içərisində şəhər) Bakinin ən qədim və tarixi yerlərindəndir.
Azərbaycan dilindən tərcümədə “daxili şəhər” deməkdir. Burada ən məşhur sovet filmləri – “Amfibiya adam”, “Brilyant əl” çəkilmişdir. Hər zaman burada çoxlu turist görmək olar. İçərişəhər, tarixi əsrlərin dərinliyinə gedib çıxan qala divarları ilə əhatə edilmişdir. Qoşa qala qapısından keçərək biz qədim nağıllar aləminə, uzaq keçmişə düşürük, burada vaxtilə o dövrlərin böyük şəhərlərinin həyatı qaynayırdı, sənətkarlıq, mədəniyyət və ticarət inkişaf edirdi.
İçərişəhər ekskursiyasına XII əsrə aid məşhur memarlıq abidələri olan Qız qalası və Şirvanşahlar sarayı, həmçinin onlarla tarixi memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri və bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlarla tanışlıq daxildir.
rəy yazın